Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan gimnastları beynəlxalq turnirdə üç qızıl, bir gümüş medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə üç qızıl, bir gümüş medal qazanıblar
Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə üç qızıl, bir gümüş medal qazanıb.

Federasiyadan verilən məlumata görə, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci yeri tutub.

Mahsudova böyüklər, Hüseynova 11-12 yaşlılar, Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata yiyələnib.
Azərbaycan millisi, həmçinin, Avropa Gimnastikasının təşkilatçılığı ilə “inkişaf təlim-məşq” düşərgəsinə qatılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ