Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazandı

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazandı
Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Qazaxıstanın Almatı şəhərində Denis Tenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazanıb.

“Report”un məlumatına görə, qısa proqramda 188,77 xala layiq görülən 21 yaşlı idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Turnirdə birinci yeri 208,47 xalla gürcüstanlı Nioka Eqadze tutub. 192,67 xal toplayan qazaxıstanlı Dias Jirenbayev isə gümüş medala sahib çıxıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ