Sizin reklam burada
Sizin reklam burada

Stanislav Çerçesov: “Qarabağ” güclü komandadır və hücumda əla oynadı”

Stanislav Çerçesov: “Qarabağ” güclü komandadır və hücumda əla oynadı”
“Əslində oyuna pis başladıq, pis də qurtardıq. Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq”.

“Report” xəbər verir ki, bunu “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Macarıstanda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, səhvləri sırf müdafiəçilərin üstünə atmaq düzgün deyil: “Biz komanda şəklində uduzduq. Xüsusilə çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq”.

59 yaşlı baş məşqçinin sözlərinə görə, özündən razı olmaq pis deyil: “Hətta deyərdim ki, belə oyunlıar üçün yaxşıdır. Baş məşqçiyəm, bütün məsuliyyət mənə aiddir. Daha sonra sakit başla səhvləri harada buraxdığımızı analiz edəcəyik”.

O, “Qarabağ”ın çox güclü komanda olduğunu vurğulayıb: “Hücumda əla oynadılar. Məğlubiyyəti daha çox bununla əlaqələndirərdim. Rəqib qələbəyə layiq idi. Biz də yaxşı komandayıq. Sadəcə, alınmadı. Hamınız bizi sorğu-sual edirsiniz. Bu, sizin işinizdir. Bizim işimiz isə səhvlərdən nəticə çıxarmaqdır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ