Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan - Lüksemburq oyunu Bakıda keçirilməyə bilər - Karantinə görə


Azərbaycan - Lüksemburq oyunu Bakıda keçirilməyə bilər - Karantinə görə

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburqla ev matçının məkanı dəyişdirilə bilər.

Oxu.Az xəbər verir ki, bu iddia ilə Lüksemburqun wort.lu saytı çıxış edib.

Bildirilib ki, 15-20 avqustda UEFA-nın videokonfrans formatında keçiriləcək iclasında Millətlər Liqası müzakirə olunacaq və yekun qərarlar veriləcək.

Nəşrin yazdığına görə, Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlər olduğundan, Azərbaycan - Lüksemburq qarşılaşması sentyabrın 5-də neytral meydanda baş tuta bilər.

Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filip də açıqlamasında bunun müzakirə olunmasının vacibliyini vurğulayıb. O, pulu geri ala bilməyəcəkləri üçün hələlik çarter reysi sifariş etmək istəmədiklərini söyləyib:

“UEFA milli assosiasiyalarla təmasdadır. Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib”.

Lakin AFFA-nın “apasport”a açıqlamasında bildirilib ki, sentyabrın 5-nə nəzərdə tutulan qarşılaşmanın yerinin dəyişdirilməsi müzakirə mövzusu deyil. Həmin oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ