Azərbaycan millisi və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov Ağdam klubu ilə vidalaşıb.
Axar.az xəbər verir ki, bu barədə Sadıqov İnstaqram səhifəsində yazıb:
"Əziz, "Qarabağ" azarkeşləri, "Qarabağ" ailəsi. "Qarabağ"ın formasını 11 il böyük qürur və fəxr hissiylə daşıdım. Bildiyiniz kimi, ötən mövsümün sonunda karyeramı başa vurdum. Çox götür-qoy etdikdən sonra heç də asan olmayan qərar verdim. Bunu açıqlamaq düşündüyümdən də ağır oldu. "Qarabağ"dan ayrılıram. Klubun rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarıma və azarkeşlərə hər şeyə görə təşəkkür edib uğurlar arzu edirəm", - deyə o bildirib.