Sizin reklam burada
Sizin reklam burada

Mane “Real”a keçsə, "Liverpul" Mbappeni transfer edəcək

Mane “Real”a keçsə, "Liverpul" Mbappeni transfer edəcək


"Liverpul" PSJ-nin hücumçusu Kilian Mbappenin alınması üçün mübarizəyə qoşula bilər.

“Report” xəbər verir ki, bu barədə “The Sun” bildirib.

Məlumata görə, seneqallı hücumçu Sadio Mane yay transfer pəncərəsinə Madrid "Real”ına keçsə, "Liverpul" Mbappeylə danışıqlara başlayacaq. Qeyd edək ki, Manenin "Kral klubu”nun əsas transfer hədəfi olması barədə məlumatlar yayılıb.

Mane İngiltərə çempionatının cari mövsümündə "Liverpul"un heyətində 26 matçda 14 dəfə fərqlənib, habelə 7 məhsuldar ötürmə edib. Onun hesabında həmçinin Çempionlar Liqasının 8 oyununda 2 qol var.

Mbappe isə öz növbəsində Fransa çempionatı çərçivəsində 20 matç keçirib və 18 qol vurub. Hücumçu həmçinin 5 məhsuldar ötürmə edib. Onun Çempionlar Liqasındakı hesabında isə 7 matçda 5 qol var. Futbolçunun klubla indiki razılaşması 2022-ci ilə qədər nəzərdə tutulub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ