arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Dövlət Sosial Müdafiə Fondu İspaniyada yerləşən “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatı ilə təltif edilib

Dövlət Sosial Müdafiə Fondu İspaniyada yerləşən “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatı ilə təltif edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) İspaniyanın Madrid şəhərində yerləşən “Nebext” beynəlxalq təşkilatının müsabiqəsində növbəti uğuruna imza atıb.

“European Digital Mindset Awards” adlı beynəlxalq müsabiqədə DSMF-nin təqdim etdiyi iş yüksək qiymət alıb və Fond müsabiqənin “Best Digital Transformation Enterprise” kateqoriyası üzrə Təşkilatın xüsusi mükafatına layiq görülüb.

Həmin mükafat funksional idarəçilikdə informasiya texnologiyaları və yeni rəqəmsal biznes modelləri əsasında innovativ yanaşmalar tətbiq edən, o cümlədən rəqəmsal transformasiyanı və proaktiv xidmət modelini təşviq edən təşkilatlara verilir.

Bu ilin ötən dövründə DSMF artıq 17 beynəlxalq mükafata layiq görülüb. Son üç il yarım ərzində isə Fond 40 beynəlxalq sertifikat və mükafatla təltif olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ