







ABŞ-nin Florida ştatında fəaliyyət göstərən Florida Azərbaycan İcmasının rəhbəri Esmira Bayramova tərəfindən ştatın Sani Ayls Biç şəhərində yerləşən “Town Center Park” ərazisində 28 May – Müstəqillik Günü ilə əlaqədar keçirilən tədbirdə “28 May, Azərbaycanın Müstəqillik Günü, Şəqrdə ilk Demokratik Respublika” sözləri həkk edilmiş skamya quraşdırılıb.
Tədbirdə Türkiyə konsulu Rəsul Şahinol, Sani Ayls Biç şəhər meriyasının nümayəndələri Cenifer Viskara, Fabiola Stuyvesant, Ceri Josef, eləcə də icma nümayəndələri iştirak ediblər.
Bundan əlavə, Hallandeyl Biç şəhər meri Coy Kuper 28 Mayın Azərbaycanın Müstəqillik Günü kimi tanınmasını ilə bağlı bəyannamə qəbul edib və Sanni Ayls Biç şəhər meri Larisa Sveçin və vitse-mer Aleks Lama tərəfindən təşəkkür sertifikatı təqdim olunub.