Sizin reklam burada
Sizin reklam burada

Nazir Məcnun Məmmədov İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter ilə görüşüb

Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsi məsələləri müzakirə olunub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrail dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi arasında “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi”, eləcə də “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi” imzalanıb. Bəyannamədə qeyd olunan sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi niyyəti öz əksini tapıb. Bu sahədə fəaliyyətlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ