Sizin reklam burada
Sizin reklam burada

Yekaterinburqda Xocalı soyqırımına ithaf olunmuş klassik musiqi gecəsi keçirilib

Rusiyanın Yekaterinburq şəhərində Xocalı soyqırmının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

"Azərbaycan-Ural" İctimai Milli-Mədəni Təşkilatının təşkilatçılığı, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun, habelə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB - AMOR) Sverdlovsk vilayətindəki nümayəndəliyinin dəstəyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirdə diplomatik korpusun nümayəndələri, yerli ictimai-siyasi xadimlər, digər xalqların diaspor sədrləri və soydaşlarımız iştirak ediblər.

Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Azərbaycanın Yekaterinburqdakı Baş konsulu v.i.e Şöhrət Mustafayev, Ural Federal Universitetinin professoru, azərbaycanşünaslıq kafedrasının müdiri Aleksandr Nesterev və diasporumuzun fəal nümayəndələri çıxış ediblər. Xocalı soyqırımının tarixi və hüquqi aspektlərindən danışan natiqlər erməni terrorizmini hiddətlə pisləyiblər. Bildirilib ki, Xocalıda törədilən hərbi cinayətin soyqırım aktı kimi beynəlxalq səviyyədə qəbul ediləcəyi, hüquqi qiymətin veriləcəyi, baiskarların və cinayətkarların cəzalandırılacağı günü səbirsizliklə gözləyirlər.

Tədbir Oleq Qayumovun dirijorluğu və Ural Dövlət Konservatoriyasının Kamera Orkestrinin müşayiəti ilə Xocalı soyqırımı qurbanlarına ithaf olunmuş anım konserti ilə davam edib.

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş etdirilib. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

https://www.youtube.com/watch?v=SMq696qqDdY

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ