Sizin reklam burada
Sizin reklam burada

Zelenskidən dünyaya çağırış: Ukraynada ABŞ hərbi bazaları qurula bilər

Zelenskidən dünyaya çağırış: Ukraynada ABŞ hərbi bazaları qurula bilər

Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsizlik zəmanətləri çərçivəsində atılacaq radikal addımları açıqlayıb. O, Ukrayna ərazisində ABŞ və Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi bazalarının yerləşdirilməsini istədiklərini bəyan edib.
Zelenski bu addımın ölkə üçün riskləri minimuma endirəcəyini vurğulayıb.
Prezidentin sözlərinə görə, xarici hərbi bazaların inşası Ukraynanın gələcək təhlükəsizliyinin əsas sütunlarından biri ola bilər: “Əgər hərbi bazalar tikilsə, Ukrayna üçün risklər xeyli azalacaq”.
O, həmçinin bildirib ki, Rəsmi Kiyev yaxın vaxtlarda bu layihə ilə bağlı öz vizyonunu və konkret təkliflərini təqdim edəcək.

  • Sosial şəbəkədə paylaş