
İranın dini lideri Müctəba Xamenei yer altında yerləşən reanimasiya bölməsində saxlanılır.
Bu barədə İsrailin “Yedioth Ahronoth” nəşri məlumat yayıb.
Nəşrə danışan mənbə bildirib ki, Müctəba Xameneinin bir qolu və bir ayağı tamamilə iflic vəziyyətdədir.
“İndiyə qədər keçirilən əməliyyatlar zamanı bədən üzvlərini xilas etmək mümkün olmayıb. Bununla yanaşı, şiddətli partlayış nəticəsində onurğasında ciddi problemlər yaranıb, çənəsi, başı və üz nahiyəsində də yaralar var. Buna görə yeni dini liderin toplantılara qatılması qeyri-mümkündür”, - nəşr yazır.
“Maariv” qəzeti isə İsrailin mümkün atəşkəs zamanı İranda razılaşmanı imzalaya və daxili vəziyyətə nəzarət edə biləcək şəxsin qalması məqsədilə Müctəba Xameneini hədəfə almaq niyyətində olmadığını yazıb.
