Sizin reklam burada
Sizin reklam burada

İlham Əliyev bu gün Gürcüstana səfər edəcək

İlham Əliyev bu gün Gürcüstana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Gürcüstana dövlət səfəri edəcək.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Dövlət səfəri çərçivəsində Azərbaycan Prezidenti Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcək.
İlham Əliyevin Gürcüstan Prezident Sarayında rəsmi qarşılanma mərasimi keçiriləcək, bundan sonra Mixeil Kavelaşvili ilə Azərbaycan Prezidenti arasında təkbətək görüş planlaşdırılır.
Azərbaycan Prezidenti Gürcüstan Baş naziri ilə Baş nazir Administrasiyasında görüşəcək. İrakli Kobaxidze və İlham Əliyev təkbətək və geniş tərkibdə görüşəcək, daha sonra liderlər media qarşısında birgə bəyanatlarla çıxış edəcək.
Azərbaycan Prezidenti Gürcüstana dövlət səfəri çərçivəsində Qəhrəmanlar Meydanında Qəhrəmanlar Abidəsinin önünə əklil qoyacaq və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edəcək.
Azərbaycan Prezidentinin nümayənə heyətinin tərkibinə xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev, iqtisadiyyat naziri Mixail Cabbarov, energetika naziri Pərviz Şahbazov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daxildir.

  • Sosial şəbəkədə paylaş