ABŞ prezidenti Donald Tramp İranda artan münaqişə fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusunu, ordusunu və polisini ABŞ və İsrailə qarşı silahı yerə qoymağa çağırıb.
“ABC News”un məlumatına görə, Tramp "Ölkənizi rejimdən geri alın" deyib.
ABŞ prezidenti təhlükəsizlik qüvvələrinə toxunulmazlıq təklif edərək, imtina etdikləri təqdirdə "zəmanətli ölüm"lə üzləşəcəklərini bildirib. "Mən bunu istəmirəm. Onlar da bunu istəmirlər", - deyə o əlavə edib.
