Sizin reklam burada
Sizin reklam burada

İrəvan Bakıya daha bir TƏKLİF GÖNDƏRDİ - Nə ilə bağlıdır?

İrəvan Bakıya daha bir TƏKLİF GÖNDƏRDİ - Nə ilə bağlıdır?

"Ermənistan Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda münaqişə başlayandan sonra dayandırılmış dəmir yolu əlaqəsini bərpa etmək təklifi göndərib".

Bu barədə ölkəni Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

“Bizim qiymətləndirməmizə görə, biz dəmir yolu əlaqəsinin necə bərpa olunacağı ilə bağlı həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olan həll yolu tapmışıq. Həll yolunu yazılı formada Azərbaycan tərəfinə göndərmişik və müsbət reaksiya gözləyirik. Bu reaksiya alınan zaman qısa müddətdə müqavilə imzalamaq və dəmir yolunun tikintisinə başlamaq lazımdır”, - o deyib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ