Sizin reklam burada
Sizin reklam burada

Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama

Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama

Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiyanın müddəti bitdikdən sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmamasını hələ dəqiqləşdirməyib.

Avropa İttifaqının səfiri Vasilis Maraqos “Azadlıq” radiosunun sualını cavablandırarkən bildirib ki, hələlik yekun qərar yoxdur. O, həmçinin rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib.

“Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir”, - Aİ səfiri bildirib.

2023-cü ilin fevral ayından Avropalı müşahidəçilər Ermənistana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədinin monitorinqi və sərhədyanı ərazilərdə sabitliyin təşviq edilməsi missiyası ilə ofislər açıblar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ