Sizin reklam burada
Sizin reklam burada

Gürcüstan ABŞ-la münasibətlərə yenidən baxa bilər: Tbilisi şərtini açıqladı

Gürcüstan ABŞ-la münasibətlərə yenidən baxa bilər: Tbilisi şərtini açıqladı

Vaşinqton siyasətini dəyişərsə, Gürcüstan ABŞ-la münasibətlərə yenidən baxacaq.

Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze bir sıra bəyanatlardan sonra Gürcüstan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsini şərh edib. Siyasətçi status-kvonun yenidən nəzərdən keçirilməsinin zəruriliyini bəyan edib və Vaşinqtonun siyasətində dəyişiklik etməyi şərt adlandırıb.

“Bu, bizim aydın mövqeyimizdir. Hər şey Amerika tərəfdən asılıdır”, - Gürcüstanın baş naziri vurğulayıb.

Bundan əvvəl Kobaxidze ABŞ prezidenti Co Baydenin qəbuluna dəvətinin son anda ləğv edilməsinə reaksiya verib. Siyasətçi qəbula dəvətinin ləğvini qeyri-ciddi addım adlandırıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ