Sizin reklam burada
Sizin reklam burada

Simonyandan şok etiraf: Ermənistanın himni oğurluqdur

Simonyandan şok etiraf: Ermənistanın himni oğurluqdur


Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib ki, gec-tez dövlət himninin dəyişdirilməsinə ehtiyac olacaq.

Publika.az xəbər verir ki, Simonyan Ermənistan himninin oğurluq olduğunu etiraf edib.

“Mənə tamamilə aydındır ki, Ermənistanın himni gec-tez dəyişdirilməlidir. Himn dövlətə, erməni musiqisinə, janra uyğun olmalıdır. Mən təkid etmirəm ki, böyük Aram Xaçatryanın musiqisini əvəz etmək lazımdır. Amma indiki yadplanetli himninin dəyişdirilməsinin zərurət olduğu göz qabağındadır”, - Simonyan Telegram kanalında qeyd edib.

Onun fikrincə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etmək lazımdır. Gerbdə təsvir olunan simvolları şərh edən Simonyan qeyd edib ki, Ermənistan “su altında” qala bilməz, çünki daşqın bəşəriyyət üçün cəza idi.

Bundan əlavə, gerbdə təsvir olunan, “smaylik”ə oxşayan şir, eləcə də zəncirli qılınc da onu qane etmir.

Qeyd edək ki, Ermənistanın hazırkı hakimiyyəti vaxtaşırı Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsinin zəruriliyi ilə bağlı məsələ qaldırır. Bundan əvvəl baş nazir Nikol Paşinyan Ermənistanın gerbini tənqid edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ