Sizin reklam burada
Sizin reklam burada

NATO dağılacaq, Avropa liderləri Moskvaya gedib Putinin əlini öpəcəklər - ŞOK İDDİA

NATO dağılacaq, Avropa liderləri Moskvaya gedib Putinin əlini öpəcəklər - ŞOK İDDİA

Ukrayna Siyasət Təhlili və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik Kiyevin məğlubiyyəti halında NATO-nun dağılacağını proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, o, bu barədə “Vışka” YouTube kanalına müsahibəsində bildirib.

" Ukrayna uduzsa, NATO daha da yıxılacaq".

Analitikin sözlərinə görə, bir sıra Avropa ölkələrinin liderləri Rusiya ilə təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Moskvaya - Putinin sərəncamına gedəcəklər. O hesab edir ki, belə dövlətlər formal olaraq Şimali Atlantika Alyansını tərk etməyəcək, əksinə, getdikcə daha çox müstəqil siyasət yeritməyə başlayacaq və öz bitərəfliklərini bəyan edəcəklər.

“Ukrayna uduzsa, NATO daxilində, xüsusən də Şərqi və Cənubi Avropanın kiçik ölkələri arasında belə separatçılar çox olacaq”, - Bortnik vurğulayıb.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin Şimali Atlantika Alyansına qoşulmasını çətin hesab etdiyini bildirib. Onun sözlərinə görə, heç kim Ukraynanın NATO-ya üzv olub-olmayacağını dəqiq deyə bilməz.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ