Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan və Ermənistanın bu qurumları birbaşa əlaqə saxlayırlar - Mirzoyan açıqladı

Azərbaycan və Ermənistanın bu qurumları birbaşa əlaqə saxlayırlar - Mirzoyan açıqladı

Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri birbaşa əlaqə saxlayır.

Publika.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

Mirzoyan qeyd edib ki, təkcə Ermənistan və Azərbaycan rəhbərlərinin administrasiyaları arasında birbaşa əlaqə qurulmayıb.

"Bu, iki ölkənin xarici işlər nazirlikləri ilə "yerdə" işləyən bir sıra qurumlar arasında mövcuddur. Xarici işlər nazirlikləri arasında sülh müqaviləsi ilə bağlı təkliflərin mübadiləsi və ya bu mövzuda əsaslı müzakirələr aparılır", - erməni nazir bildirib.

Onun sözlərinə görə, eyni zamanda, digər kanallar vasitəsilə də qeyri-rəsmi müzakirələr aparılır. Mirzoyan əlavə edib ki, belə təmasların nəticəsi, məsələn, 32 erməni əsirinin 2 azərbaycanlıya dəyişdirilməsi olub.

  • Sosial şəbəkədə paylaş