Sizin reklam burada
Sizin reklam burada

Paşinyan yeni hədəfini açıqladı: Əvvəlcə Konstitusiyanı dəyişir, sonra...

Paşinyan yeni hədəfini açıqladı: Əvvəlcə Konstitusiyanı dəyişir, sonra...


Ermənistanın Baş nazir Nikol Paşinyan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib.

Publika.az xəbər veririk, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Mənim fikrimcə, bir sıra həmkarlarımın fikrincə Ermənistan Respublikasının konstitusiya dəyişikliklərinə deyil, yeni konstitusiyaya ehtiyac var. Mən bu fikrimi ona görə bildirirəm ki, məsələ daha geniş müzakirə mövzusuna çevrilsin”, - Paşinyan deyib.

O qeyd edib ki, dünyada dəyişikliklər baş verir və bu, istər-istəməz Cənubi Qafqaz regionuna, eləcə də Ermənistana təsir edəcək.

"Bu dəyişikliyə başqa cür yanaşmaq olar. Amma təkamülə necə yanaşsaq da, bu baş verir. Ona görə də, bizim mövqeyimiz və yanaşmamız bu təkamülü dayandırmaq olmamalıdır, bu, özlüyündə məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya çatacağıq, amma məsələ onu Ermənistanın dövlət maraqlarına uyğun idarə etməkdir”, - Paşinyan bildirib.

Onun fikrincə, Ermənistanda ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya olmalıdır ki, bu da ölkəni yeni geosiyasi və regional şəraitdə daha rəqabətli və həyat qabiliyyətli edəcək. Eyni zamanda, o, hələ də əmindir ki, parlament idarəetmə sistemi Ermənistan üçün ən əlverişlidir.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan 2021-ci il martın 1-də keçirilən mitinqdə mövcud Konstitusiyada böhranın idarə olunması zamanı xüsusilə özünü büruzə verən bir sıra çatışmazlıqları açıqlamışdı. O, həmçinin bəyan edib ki, Konstitusiyaya dəyişikliklərin, o cümlədən yarım-prezident idarəetmə sisteminə keçidin mümkünlüyünü müzakirə etmək lazımdır.

Bundan əvvəl Ədliyyə Nazirliyinin rəhbəri Qriqor Minasyan bildirmişdi ki, konstitusiya islahatlarının yeni konsepsiyası ilin sonuna qədər hazır olacaq. O, həmçinin bildirib ki, Ermənistan parlamentli idarəetmədən yarı-prezident idarəetmə formasına keçməyəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ