Sizin reklam burada
Sizin reklam burada

Ukrayna Rusiyaya niyə müharibə elan etmir? – Kiyev açıqladı

Ukrayna Rusiyaya niyə müharibə elan etmir? – Kiyev açıqladı




Konstitusiya Məhkəməsinin keçmiş hakimi Viktor Şişkin Kiyevin niyə hələ də Rusiyaya rəsmən müharibə elan etmədiyini izah edib.

Publika.az xəbər verir ki, ekspert bu barədə “Hromadske”yə müsahibəsində danışıb. Hüquqşünas qeyd edib ki, beynəlxalq hüquq baxımından müharibə elan edən dövlət təcavüzkardır. Hakim hesab edir ki, bu səbəbdən Ukrayna Rusiya Federasiyasına müharibə elan etmir, çünki bunu etsə, işğalçı sayılacaq.

Onun sözlərinə görə, BMT sənədlərində “müharibə elanı” termini ümumiyyətlə yoxdur.

Nəşrin həmsöhbəti belə qənaətə gəlib ki, müharibə nəticəsində təcavüzkar təzminat almağa ümid edə bilməz.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ