Sizin reklam burada
Sizin reklam burada

Bakı “Zəngəzur dəhlizi”nin tikintisini bu tarixdə başa çatdıracaq - Türkiyə açıqladı

Bakı “Zəngəzur dəhlizi”nin tikintisini bu tarixdə başa çatdıracaq - Türkiyə açıqladı




Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Çindən Mərkəzi Asiyaya, Xəzər dənizinə və Qafqaza uzanan orta dəhliz üçün marşrut rolunu oynayacaq “Zəngəzur dəhlizi” adlanan marşrutla avtomobil və dəmir yollarının tikintisini davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə “TRT World” yazıb.

Nəşr qeyd edib ki, Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazilərindən Ermənistanla sərhədə qədər uzanan avtomobil və dəmir yolları çəkməyə başlayıb.

“Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu və avtomobil yolunun tikintisi sürətlə davam etsə də, Ermənistan bu layihə ilə bağlı heç bir addım atmayıb. Ermənistanla razılaşma olmadığından Azərbaycan da alternativ yollar üzərində işləyir.

İran ərazisi artıq nəzərdə tutulan dəhlizin cənubunda, yaxınlıqda yerləşdiyi üçün Azərbaycan İran hökuməti ilə ölkəni İran ərazisindən Naxçıvana birləşdirən avtomobil və dəmir yollarının çəkilməsi ilə bağlı razılıq əldə edib.

İki ölkə arasında imzalanan müqavilələrə əsasən, Araz üzərindən avtomobil və dəmir yolları üçün körpülər tikiləcək - İran üzərindən Naxçıvana nəqliyyatı təmin edəcək.

Ermənistanla razılıq əldə olunarsa, Azərbaycanın Naxçıvana iki alternativ nəqliyyat yolu olacaq: ya Ermənistandan, ya da İrandan.

Minalar və çətin relyef şəraitinə görə xəttin 2024-cü ilin sonunadək tamamlanması gözlənilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin koordinasiya etdiyi tikintini Türkiyə şirkətləri həyata keçirir.

Bəzi hissələri dörd, digərləri isə altı zolaqlı olan yol 58 yeraltı keçid, 27 körpü və üç tuneldən ibarətdir.

“Anadolu” agentliyinin məlumatına görə, yolun tikintisi artıq 80%-dən çox tamamlanıb.

Türkiyə və Azərbaycanın da Türkiyənin Qars şəhərini Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi var. Layihənin icrasına bir il ərzində başlanacaq.

Bu layihələr başa çatdıqdan sonra Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi yaradılacaq. Eyni zamanda, Azərbaycan ərazisindən Türkiyə ilə Rusiya arasında fasiləsiz avtomobil və dəmir yolu əlaqəsi təmin ediləcək”, - məqalədə qeyd olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ