Sizin reklam burada
Sizin reklam burada

Kilsənin Qarabağda “qisas” planı: Qaregin hər kəsi Azərbaycanla müharibəyə çağırır

Kilsənin Qarabağda “qisas” planı: Qaregin hər kəsi Azərbaycanla müharibəyə çağırır




Ermənistanda kilsə və hakimiyyətin qarşıdurması açıq müstəviyə keçir. Və bu qarşıdurmada əsas motiv Qarabağ məsələsidir.

Publika.az xəbər verir ki, ermənilərin katolikosu II Qaregin qondarma “artsax” iddiasından əl çəkmir.

Qareginin Yeni il müraciəti son 30 ildə ilk dəfə Ermənistan İctimai Tv-sində yayımlanmadı. Bunun əsas səbəbi də katolikosun müraciətində Qarabağ iddiasına toxunması idi. Bu, Ermənistanda ciddi müzakirə mövzularından birinə çevrilib. Lakin Paşinyan hakimiyyətinin bütün etirazlarına baxmayaraq, erməni katolikos qondarma “artsax” iddiasını yenidən gündəmə gətirir.

Dünən İrəvanın əsas kilsəsində keçirilən dini mərasimdə də II Qaregin eyni iddialardan bəhs etdi. Bildirdi ki, “(qondarma) “artsax” bizim üçün heç vaxt keçmişə çevrilməyəcək”.

Qaregin Ermənistanın daxili parçalanma təhlükəsi ilə üzləşdiyini bildirib. İddia edib ki, Qarabağı da buna görə “itiriblər”. Və bütün erməniləri Azərbaycana qarşı mübarizəyə səsləyib.

“Gəlin doğma ölkəmizin güclənməsi üçün qeyrətli olaq və bütün potensialımızla Azərbaycana qarşı mübarizə aparaq”, - Qaregin bildirib.

Kilsənin erməni terroru və iddialarında əsas rol oynadığını nəzərə alsaq, Qareginin çağırışının Azərbaycan-Ermənistan sülh danışıqlarına ciddi problem yarada biləcəyi görünür. Paşinyan hakimiyyəti Qareginin mövqeyini qəbul etməsə də, kilsənin bu çağırışı erməni revanşizminin davam edəcəyindən xəbər verir. Hətta sülh sazişi imzalansa belə, erməni iddialarının davam edəcəyi istisna deyil.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ