Sizin reklam burada
Sizin reklam burada

Zelenski 2024-cü ilin əsas hədəfini açıqladı: Krım körpüsü dağıdılacaq, Rusiyanın daxilində...

Zelenski 2024-cü ilin əsas hədəfini açıqladı: Krım körpüsü dağıdılacaq, Rusiyanın daxilində...


Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə Rusiya ilə münaqişənin əsas istiqamətlərini müəyyən edib.

Publika.az xəbər verir ki, Zelenski bu barədə “The Economist”ə verdiyi müsahibədə deyib. O, dövlət və cəmiyyətin üzləşdiyi bir sıra problemlərə də toxunub.

Siyasətçinin sözlərinə görə, qarşıdurmanın mərkəzi Qara dəniz və Krımdakı hədəflər olacaq. Materialda qeyd olunur ki, yarımadanın təcrid olunması və bu regionda Rusiyanın hərbi potensialının zəifləməsi Kiyev üçün son dərəcə vacibdir, çünki bu, hücumları azaltmağın yoludur:

“Uğurlu olarsa, Ukrayna əməliyyatı bütün dünya üçün nümunə olacaq. Bunun Rusiya daxilində də böyük təsiri olacaq”.

Vladimir Zelenski Qərb tərəfdaşlarından Ukrayna hərbçilərinə Krım körpüsünü dağıtmaq üçün alman “Taurus” raketi vermələrini istəyib: “Uğurun sürəti Ukraynanın Qərb tərəfdaşlarından alacağı hərbi yardımdan asılı olacaq. Ukrayna Krım körpüsünü dağıtmaq üçün Almaniyadan 4 milyard dollar dəyərində “Taurus” raketi istəyir”.

Siyasətçinin fikrincə, Kiyevin hərbi obyekt hesab etdiyi körpünün dağıdılması Krımı təcrid etməyə imkan verəcək.

  • Sosial şəbəkədə paylaş