Sizin reklam burada
Sizin reklam burada

Rusiya qazı Avropaya Ukrayna ərazisindən ötürəcək? - Moskvanın şərti var

Rusiya qazı Avropaya Ukrayna ərazisindən ötürəcək? - Moskvanın şərti var


Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski bildirib ki, Moskva Ukrayna vasitəsilə Avropaya gələcək qaz tranziti ilə bağlı qərar qəbul edərkən istehlakçı tələbi kimi amili nəzərə alacaq.

Publika.az xəbər verir ki, hazırda Rusiya Federasiyası ilə Ukrayna arasında 2024-cü ilin sonunda başa çatacaq beş illik tranzit müqaviləsi var. Müqaviləyə əsasən, “Qazprom” birinci ildə 65 milyard kubmetr, sonrakı dörd ildə isə 40 milyard kubmetr qaz nəql etməyi öhdəsinə götürüb. Əvvəllər Ukrayna hakimiyyəti bu müqavilənin müddətini uzatmaq istəmədiklərini açıqlamışdı.

Biriçevski qeyd edib ki, tranzitlə bağlı qərar qəbul etməzdən əvvəl Avropada istehlakçı tələbatını və tranzit infrastrukturunun fəaliyyətini nəzərə almaq məntiqli olardı.Həmçinin siyasətçi Kiyev rejimi nümayəndələrinin tranzitdən imtina ilə bağlı bəyanatlarını xatırladaraq bildirib ki, bu qərarlarla Kiyev özünü gəlirdən məhrum edir. Onun sözlərinə görə, Rusiya tərəfi siyasi amillərdən asılı olmayaraq, avropalı tərəfdaşlar qarşısında öhdəliklərini yerinə yetirməyə çalışır.

Qeyd edək ki, hazırda Rusiya qazı Avropaya iki istiqamətdə – Ukrayna və “Türk axını” vasitəsilə daxil olur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ