Sizin reklam burada
Sizin reklam burada

Rusiya XİN: “İlin sonuna qədər Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması şansı var”

Rusiya XİN: “İlin sonuna qədər Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması şansı var”


“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq şansı həmişə var”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə bağlı keçirilmiş qəbulda deyib.

“Amma Ermənistan və Azərbaycanın bundan istifadə edib-etməyəcəyini bilmirəm”, - o əlavə edib.

Bununla yanaşı, Qaluzin Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşünün perspektivlərini şərh etməkdən yayınıb.

“Diplomat kimi mən hələ də proqnoz verməkdən çəkinməyə üstünlük verərdim”, - o söyləyib.

Rusiya XİN rəhbərinin müavini, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın MDB liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirakı perspektivlərini şərh edib.

“Rusiya bütün MDB liderlərinə Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə dəvət göndərib və onların reaksiyasını gözləyir”, - deyə o bəyan edib

  • Sosial şəbəkədə paylaş