Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) Livanın cənubunda yerləşən əsas qərargahı raketlə vurulub.
APA-nın Livanın rəsmi NNA agentliyinə istinadən verdiyi məlumata görə, Livanın baş naziri Nəcib Mikati hücumla bağlı UNIFIL komandiri Aroldo Lazaro ilə telefon danışığı aparıb.
Məlumata görə, UNIFIL-in Naqouradakı (Livanın cənubu) qərargahına raket düşüb və Mikati hücum barədə məlumatı Lazarodan alıb.
Mikati UNIFIL ilə tam həmrəy olduğunu bildirib.
Hesabatda raketin İsrail və ya Livandan atıldığı barədə məlumat verilmir.
