
Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı. 44 gün davam edən müharibədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə formalaşan Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Işğal altında qalan torpaqlarımız cəsur əsgərlərimizin rəşadəti ilə düşmən caynağından xilas oldu. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Düşmənin və onların havadarlarının ağlına belə gəlməzdi ki. Azərbaycanın vətənpərvər oğulları torpaqlarımızı bu cür tezliklə, həm də qorxmadan, çəkinmədən separatçılardan təmizləyəcək. İllər boyu davam edən danışıqların fayda verməməsi Azərbaycan xalqını Hərbi yolla torpaqlarını azad etməyə sövq etdi və möhtəşəm qələbə qazanıldı. 44 günlük müharibədə düşmənə qarşı qəhrəmanlıqla döyüşən cəsur eloğullarımız ölümün gözünə dik baxdılar, yaralandılar, zərbələndilər, amma qorxmadılar. Vətənimiz bu döyüşlərdə 2783 şəhid verdi. Ölkə prezidentinin müvafiq sərəncamı ilə dekabrın 4-də saat 12.00-da şəhidlərin xatirəsi ölkəmizdə 1 dəqiqəlik sükutla yad edildi. Vətən müharibəsində rəşadət agöstərən hərbçilərimizin təltif edilməsi də təqdirəlayiq hadisədir. Azərbaycan haqq işi yolundakı qələbəini dekabrın 10-da Zəfər paradı ilə qeyd etdi. Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti də iştirak edib. İki böyük dövlətin rəhbərlərinin möhtəşəm qələbənin qeyd olunması mərasimində bir araya gəlməsi düşmən dövlətləri qıcıqlandırsa da reallıq budur ki, ədalət bərpa olundu. Azərbaycanın igid öğullarının şücaəti ilə yurdumuzda işğalçılıq tarixlərinə son qoyuldu.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Fərəhlə qeyd etmık lazımdır ki, Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Azərbaycan əraziləri 30 ilə yaxın idi ki, işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Minlərlə azərbaycanlı ata yurdundan məcburi köçkün düşmüş, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışdılar. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. Xalqımız hər cür haqsızlıqlara səbirlə dözdü, lakin işğalla barışmadı. Torpaqlarımızın bir gün geri alınacağına olan inam hissi bir an belə insanları tərk etmirdi.
Azərbaycanın qəhrəman oğullarının şücaəti qarşısında aciz qaldılar və geri baxmadan qaçdılar. Bundan başqa mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Təbii ki, itkilər bizim üçün ağırdır. Körpələr, yaşlılar bu soyqırım zamanı şəhid oldu, uşaqlar ata-analarını itirdilər, analar –atalar övladlarını. Düşmənin bu cür şovinist hərəkətlərinə və cəlladlıqlarına biganə yanaşılmamalı, Azərbaycanın dünya ölkələrinı, beynəılxalq qurumlara müraciəti cavabsız qalmamalıdır. Onlar etdiklərinin cəzasını çəkməlidirlər.
Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi.
10dekabr Azırbaycan tarixinin Zəfər gününün təntənə ilə qeyd edilməsini təkcə ölkəmizdə deyil, dünyada da canlı olaraq izlədilər. Hamı gördü ki, iqtisadi cəhətdən durmadan inkişaf edən Azərbaycanın hərbi bazası da möhtəşəmdir, şəxsi heyəti də cəsurdur. Xalqımız uzun illər idi bu Qələbənin həsrətində idi və dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti və siyasi iradəsi ilə bu Qələbəmiz tariximizin şanlı səhifəsinə həkk olundu.
Qələbən mübarək, Azərbaycan.
Qarabağ Azərbaycandır!
Aydın Bəşirov,
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi