Sizin reklam burada
Sizin reklam burada

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
AzTV-nin müxbiri “Laçın” sərhəd-buraxılış məntəqəsindən reportaj hazırlayıb.

Reportajda sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana gedən erməniəsilli Xankəndi sakinlərinin fikirləri də yer alıb.

Jurnalistin onlara ünvanladığı sualları cavablandıran erməniəsilli vətəndaşlar hər hansı maneənin olmadığını, sərbəst şəkildə keçidin təmin olunduğunu bildiriblər.

Qeyd ediblər ki, onları buradan zorla qovan yoxdur, könüllü şəkildə, öz istəkləri ilə Qarabağ ərazisini tərk edirlər.

Xankəndinin erməniəsilli sakinləri sovetlər dövründə azərbaycanlılarla birgə mehriban qonşuluq şəraitində yaşadıqlarını, vaxtilə azərbaycanlılar arasında dostlarının olduğunu vurğulayıblar.

Daha ətraflı videomaterialda:


  • Sosial şəbəkədə paylaş