arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi

Erməni bloger Paşinyan hakimiyyətini ifşa etdi
Erməni bloger İşxan Verdyan özünün “Telegram” kanalında növbəti paylaşımı ilə yenə Ermənistan hakimiyyətini ifşa edib.

O, baş nazir Nikol Paşinyana ünvanlandığı haqlı suallarla Qarabağdakı silahlı birləşmələrin Ermənistan dövlətindən dəstək aldığını, maliyyələşdirildiyini bir daha ortaya qoyub:

“Əgər hazırda Qarabağda erməni silahlı qüvvələri həqiqətən yoxdursa, o zaman Nikol Paşinyana üç sual vermək istəyirəm:

Niyə bu hərbçilər Ermənistanın dövlət büdcəsindən, yəni mənim ödədiyim vergidən maliyyələşir?

Nə üçün bu hərbi qulluqçuların komandanlığı Ermənistan baş qərargahı tərəfindən əlaqələndirilir?

Nə üçün Ermənistanda məhkəmələr 44 günlük müharibədən qalan Qarabağ komandirlərini mühakimə edirlər?”

“Beynəlxalq ictimaiyyəti istədiyiniz qədər aldada bilərsiniz, amma məni, Ermənistan Respublikasının məsuliyyətli vətəndaşını aldada bilməzsiniz”, - deyə erməni bloger İşxan Verdyan qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ