Sizin reklam burada
Sizin reklam burada

Erməni hüquq müdafiəçisi: “Müdafiə nazirinin ordu ilə heç bir əlaqəsi yoxdur”

Erməni hüquq müdafiəçisi: “Müdafiə nazirinin ordu ilə heç bir əlaqəsi yoxdur”


“Hazırda Ermənistan ordusunda tam bir başıpozuqluq hökm sürür”.

Ermənistan mətbuatı xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Janna Aleksanyan bildirib.

O hələ indiyə qədər bir ay ərzində orduda səkkiz ölüm hadisəsinin baş verdiyini xatırlamadığını deyib.

“Bir gündə üç insident olub, üç nəfər qeyri-döyüş şəraitində həlak olub, Müdafiə Nazirliyi isə susur - heç bir açıqlama, başsağlığı, izahat yoxdur”.

Aleksanyan bunu müdafiə qurumunun cəmiyyət, ölənlərin ailələri qarşısında heç bir məsuliyyət hiss etməməsinin sübutu adlandırıb.

“Daha çoxunu deyəcəyəm - ümumiyyətlə, Papikyanın (Ermənistanın müdafiə naziri - red.) ordu ilə heç bir əlaqəsi yoxdur. Onun bu vəzifədə qalmasına çox təəccüblənirəm. Əminəm ki, onun orduda baş verənlərlə bağlı məlumatı yoxdur. İfadəmə görə çox üzr istəyirəm, amma indi orduda başıpozuqluq var, əsgərlərin ölüm səbəbləri ilə qətiyyən maraqlanan yoxdur”, - Aleksanyan bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ