Sizin reklam burada
Sizin reklam burada

Elmar Məmmədyarov: “Ermənilər yardımdan imtina etsələr, yalanları bütün dünyaya aydın olacaq”

Elmar Məmmədyarov: “Ermənilər yardımdan imtina etsələr, yalanları bütün dünyaya aydın olacaq”


“Azərbaycanın Qarabağdakı ermənilərə humanitar yardım göstərməsi həm beynəlxalq hüquq, həm də Azərbaycan qanunları baxımından tamamilə düzgündür. Çünki Azərbaycan dinindən və irqindən asılı olmayaraq öz ərazisində yaşayan və hansısa çətinliklə üzləşən bütün insanlara hər zaman arxa durub”.

Bunu Bizim.media-ya açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, Xankəndidəki rejimdən əziyyət çəkən ermənilərə Azərbaycan yardım əli uzadıb:

“Bu həm də ermənilərin beynəlxalq aləmdə apardıqları yalançı kampaniyalarına qarşı bir addımdır. Əgər həqiqətən də Xankəndidəki ermənilər acından ölürlərsə, onda buyursunlar bizim yardımlarımızdan faydalansınlar. Əgər ermənilər bizim yardımımızdan imtina edəcəklərsə, onda bütün dünyaya aydın olacaq ki, ermənilər yalan danışırlar. Onlar humanitar yox, siyasi mübarizə aparırlar”.

Elmar Məmmədyarov Fransanın “humanitar yardım”ına da toxunub:

“Parisin meri Ann İdalqo qatı ermənipərəstdir. Onun gətirdiyi yardımı da erməni diasporu təşkil edib. Amma bu yardım humanitar məqsədli deyil. Fransa bu yardım kampaniyasından öz siyasi maraqları üçün istifadə etmək istəyir. Əgər Fransa öz əməlində səmimidirsə və Xankəndidəki ermənilərin vəziyyətindən narahatdırsa, onda rəsmi Paris Azərbaycana müraciət etməlidir. Və Azərbaycanın razılığı ilə humanitar yardım Bakıya və yaxud Gəncəyə gətirilməli, daha sonra da Xankəndiyə daşınmalıdır.

Necə ki, Azərbaycan Ukraynaya etdiyi yardımlara görə ilk növbədə rəsmi Kiyevə müraciət edir. Ukrayna hökumətinin razılığı alınandan sonra isə Azərbaycan öz yardımlarını göndərir.

Amma Fransa bunun tərsini edir. Azərbaycan ərazisinə yardım göndərir, amma danışıqları Ermənistanla aparır. Bu siyasi şoudur. Bunun humanizmlə heç bir əlaqəsi yoxdur”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ