Sizin reklam burada
Sizin reklam burada

Erməni hərbçi ordudakı qida çatışmazlığından şikayət edib

Erməni hərbçi ordudakı qida çatışmazlığından şikayət edib


Ermənistan ordusunun müddətdən artıq hərbi qulluqçusu xidmət etdiyi ordunun sıralarında yaşanan acınacaqlı durumundan danışıb.

O, mətbuata verdiyi müsahibədə qeyd edib ki, ordunun ərzaqla təchizatında ciddi problemlər var, şikayət əsasında aparılan yoxlamalar isə heç bir nəticə vermir.

“Qida ilə bağlı ordu sıralarında hər yerdə problem yaşanır. Məsələn, həftədə yarım kiloqramdan bir qədər çox sosiska alırıq. Və bu 11 nəfər arasında bölünməlidir. Necə bölüşdürək? 5-6 sosiska artıq yarım kilo edir, belə çıxır ki, hər kəsə həftədə yarım sosiska düşür. Və ya konservləşdirilmiş məhsullar gətirilir. Açırsan, ətsiz bibərli sıyıq, Yaxud bir banka ət açırıq - elə bir qoxu və dadı var ki, bir qaşıq belə yemək mümkün deyil. Çörəyimiz artıq ikinci gün turşuyur”, - deyə erməni hərbçi şikayətlənib.

O bildirib ki, şikayət etsələr də, nəticəsi olmayıb:

“Yoxlama gəlir, pozuntuları qeydə alıb gedirlər, lakin məsələ yenə də həll olunmamış qalır. Bundan başqa, müfəttişlərin təmas nöqtələrində yeməkləri yoxlamaq hüququ yoxdur. Onlar yalnız hər şeyin qaydasında olduğu hərbi hissələrin yeməkxanalarında yoxlama aparırlar”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ