Sizin reklam burada
Sizin reklam burada

Almaniya səfirliyi: “Bakı ilə İrəvan arasında sülh prosesinə töhfə verən addımları dəstəkləyirik”

Almaniya səfirliyi: “Bakı ilə İrəvan arasında sülh prosesinə töhfə verən addımları dəstəkləyirik”
Almaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan və Ermənistan arasında gələcək sülh prosesinə töhfə verən bütün addımları dəstəkləyir.

Bu barədə “Report”a Almaniyanın diplomatik nümayəndəliyindən Azərbaycanın “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni futbolçulara qarşı cinayət təqibinin dayandırılması ilə bağlı humanist qərarını şərh edərkən bildirilib.

“Biz Azərbaycan və Ermənistan arasında gedən prosesləri diqqətlə izləyirik. Gərginliyin azaldılmasına və sülh prosesinin daha da inkişafına yönəlmiş bütün addımları alqışlayırıq”, - səfirlik bildirib.

Xatırladaq ki, Azərbaycanın Dövlət Bayrağına qarşı təhqiramiz hərəkətlər törətməklə bağlı erməni futbolçular “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıblar. Lakin Azərbaycan sonradan humanizm prinsiplərində çıxış edərək bu cinayət təqibini dayandırdı.

Belə ki, onlar 10 sutkalıq müddətə inzibati qaydada həbs ediliblər. Məhkəmə qərarı icra olunduqdan sonra həmin şəxslərin Azərbaycandan deportasiyası təmin ediləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ