Sizin reklam burada
Sizin reklam burada

Amerikalı ekspert: “Azərbaycan həmişə humanistliyi ilə seçilib və sülhə can atıb”

Amerikalı ekspert: “Azərbaycan həmişə humanistliyi ilə seçilib və sülhə can atıb”
“Azərbaycanın “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan gənc erməni futbolçulara qarşı cinayət təqibinə xitam verməsi təəccüblü deyil, çünki ölkə hakimiyyəti həmişə yüksək humanizm hissi ilə seçilib”.

Bunu “Report”a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

“Azərbaycan həmişə öz alicənablığı və mehriban qonşuluq münasibətlərə meyilli olması ilə seçilib. Ölkənin tarixini öyrənmək buna sübut ola bilər. Xüsusilə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti Avropa ölkələri ilə regional əməkdaşlığı gücləndirmək və iqtisadi tərəfdaşlıq əlaqələrini genişləndirməklə daim beynəlxalq sülhü qorumağa çalışıb”, - o bildirib.

Ekspert onu da qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycan vətəndaşlarının heyssiyatına toxunan cinayətkarlara münasibətdə belə nəcib hərəkətə görə Azərbaycana hörmət etməlidir.

Xatırladaq ki, Azərbaycanın Dövlət Bayrağına qarşı təhqiramiz hərəkətlər törətməklə bağlı erməni futbolçular “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıblar. Lakin Azərbaycan sonradan humanizm prinsiplərində çıxış edərək bu cinayət təqibini dayandırdı.

Belə ki, onlar inzibati qaydada 10 sutkalıq həbs ediliblər. Məhkəmə qərarı icra olunduqdan sonra həmin şəxslərin Azərbaycandan deportasiyası təmin ediləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ