Sizin reklam burada
Sizin reklam burada

BQXK Qarabağın erməni sakinlərini “Laçın” SBM-dən növbəti dəfə Gorus istiqamətinə apardı - VİDEO

BQXK Qarabağın erməni sakinlərini “Laçın” SBM-dən növbəti dəfə Gorus istiqamətinə apardı - VİDEO



Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

Oxu.Az xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.

Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus səkkiz nəqliyyat vasitəsinin, 26 şəxsin (onlardan üç nəfəri BQXK-nın üzvü, səkkizi sürücü, on biri xəstə, üçü müşayiətçi, biri tibb işçisi) “Laçın” SBM-dən keçidi təmin olunub.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ