Sizin reklam burada
Sizin reklam burada

Amerikalı ekspert: “BMT TŞ Ermənistanın dezinformasiya kampaniyasına uymamalıdır”

Amerikalı ekspert: “BMT TŞ Ermənistanın dezinformasiya kampaniyasına uymamalıdır”



“BMT Təhlükəsizlik Şurası (TŞ) Ermənistanın Azərbaycana qarşı apardığı dezinformasiya kampaniyasına və informasiya müharibəsinə uymamalıdır”.

Bunu “Report”a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsi üzrə ekspert Piter Teys deyib.

Ekspertin fikrincə, Ermənistan beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə və BMT Təhlükəsizlik Şurasını məhz özünün süni şəkildə yaratdığı məsələlərə müdaxilə etməyə inandırmağa çalışır: “Aİ, ABŞ və BMT Ermənistanın Avropanın mühüm strateji müttəfiqi Azərbaycana qarşı dezinformasiya kampaniyasının tələsinə düşməməlidir. Avropa İttifaqı və BMT rəhbərliyi hazırda Ermənistan ərazisindən həyata keçirilən silah və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı hərtərəfli araşdırma aparmalıdır”.

P.Teys hesab edir ki, beynəlxalq ictimaiyyət Ermanistanın korrupsioner rəhbərliyinin Avropanın və regionun təhlükəsizliyini təhdid etməsilə bağlı məlumatları toplamalı və araşdırmalıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ