Sizin reklam burada
Sizin reklam burada

"Qarabağdakı erməniləri zəhərləmək istəyirlər" - Təxribat planının detalları

"Qarabağdakı erməniləri zəhərləmək istəyirlər" - Təxribat planının detalları


Ermənistandan gələn TIRlardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

O, bildirib ki, bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı gerçəkləşdirib Ümimdünya Səhiyyə təşkilatını bölgəyə çağıracaqlar:

"Böyük ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq məhsullardır. Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır. İkinci halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub olsalar belə, sağlamlıqları təhlükəyə girsin. Yenə də o düşüncədəyəm ki, Zəngilandan erməni sərhəddinə bizim TIRlar düzülüş etməlidir. "Naxçıvana humanitar yardım üçün yol verin!" tələbini aktuallaşdırmalıyıq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ