Sizin reklam burada
Sizin reklam burada

DSX planlaşdırılan erməni təxribatı ilə bağlı XƏBƏRDARLIQ ETDİ

DSX planlaşdırılan erməni təxribatı ilə bağlı XƏBƏRDARLIQ ETDİ



Əldə edilmiş məlumata əsasən, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır.

Bu barədə Publika.az Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

“Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırırıq. Bir daha bildiririk ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşəcəkdir”, - deyə məlumatda bildirilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ