Sizin reklam burada
Sizin reklam burada

Xankəndiyə edilən müəmmalı zənglər: ermənilərə nə təklif edilir?

Xankəndiyə edilən müəmmalı zənglər: ermənilərə nə təklif edilir?



Rusiya ərazisindən Xankəndiyə müəmmalı zənglər edilir.

Publika.az xəbər verir ki, bu iddia ilə separatçılar çıxış edib.

İddialara görə, Qarabağdakı ermənilərə edilən zənglərdə onlara rus dilində müraciət edilir. Rus dilində edilən müraciətdə ermənilərə bildirilir ki, “Qarabağdakı Ermənistan vətəndaşı olan şəxslər Azərbaycan ərazisindən keçərək, Ermənistana gedə bilərlər, onların təhlükəsizliyinə təminat verilir”.

Son dəfə zəngin dünən – 24 iyulda edildiyi iddia olunur.

Separatçıların bu cür iddiaları, erməni əhalisi arasında Azərbaycanla bağlı xof yaratmaq və reinteqrasiyadan uzaqlaşdırmaq məqsədi daşıyır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ