arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi

Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi
İyulun 18-də gecə saatlarında Rusiya Qara dənizdən kamikadze-dronlar və “Kalibr” raketləri ilə Ukraynaya hücum edib.

Bu barədə Ukraynanın “Yuq” Əməliyyat Komandanlığı məlumat verib.

Hücumun əsas hədəfləri Ukraynanın cənub bölgələri, xüsusən də Odessa və Nikolayev şəhərləri olub.

Odessa üzərinə atılan altı “Kalibr”in hamısı vurulub, Odessa vilayəti üzərində 21 “Shahed”, Nikolayev üzərində 4 “Shahed” kamikadze-dronu hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.

“Vurulan raketlərin qırıntıları və partlamanın təsir dalğası ilə liman infrastruktur obyektlərinə, bir neçə fərdi evə ziyan dəyib. Yaşlı kişi öz evində yaralanıb və xəstəxanaya aparılıb”, - deyə “Yuq” Əməliyyat Komandanlığından bildirilib.

Həmçinin Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim qeyd edib ki, hücum nəticəsində şəhərdə yanğın baş verib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ