Sizin reklam burada
Sizin reklam burada

Oskanyandan Paşinyana "ağıllı" məsləhət: Brüsseldə Əliyevlə belə danışarsan

Oskanyandan Paşinyana "ağıllı" məsləhət: Brüsseldə Əliyevlə belə danışarsan



Paşinyan Brüsseldə danışıqların məntiqini dəyişə bilər.

Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan baş nazir Nikol Paşinyanın Brüsseldə keçiriləcək görüşdə əvvəlkilərdən fərqli danışıq sərgiləməli olduğunu hesab edir. Oskanyan bu barədə sosial şəbəkələrdə yerləşdirdiyi videomüraciətində bildirib.

Əvvəllər məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü iyulun 15-də, şənbə günü Brüsseldə keçiriləcək.

Oskanyana görə, ilk növbədə, Paşinyan yenidən Praqada imzaladığı bəyanata istinad etməlidir. O eyni zamanda izah edir ki, bəyannamə İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün kifayət qədər əsas ola bilməz: bu sənəd çoxtərəflidir.

Oskanyanın fikrincə, danışıqlar hər iki xalq üçün sabit və ədalətli sülh üçün real zəmin yaradacağı təqdirdə Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bəyan etməlidir.

Oskanyan baş nazirə danışıqların gündəliyinə Qarabağın Sovet dövründə muxtar vilayət olması ilə bağlı bəndi də daxil etməyi təklif edib.

Keçmiş XİN rəhbəri hesab edir ki, bu, danışıqlar prosesinin məntiqini dəyişəcək, yeni imkanlar açacaq və erməni tərəfi üçün daha faydalı olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ