Sizin reklam burada
Sizin reklam burada

Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaqlar”

Mübariz Qurbanlı: “Qarabağdakı məscidlərə din xadimləri təyin olunacaqlar”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı azad edilən ərazilərdəki məscidlərə din xadimlərinin təyin olunması məsələsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin restavrasiyası və yeni məscidlərin tikintisi tam sürətlə davam etdirilir:

“Əminəm ki, bütün bu proses başa çatdıqdan sonra, həmçinin həmin ərazilərə vətəndaşlarımız qayıtdıqca həmin məscidlərə din xadimlərinin təyin olunması həyata keçiriləcək”, - M.Qurbanlı əlavə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ