Sizin reklam burada
Sizin reklam burada

Ekspert: “Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olmasının memarları Ərdoğanla İlham Əliyevdir”

Ekspert: “Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olmasının memarları Ərdoğanla İlham Əliyevdir”
“Azərbaycanla Türkiyə qardaşlığının sarsılmaz olmasının memarları yüksək liderlik xüsusiyyətləri olan Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevdir”.

Bu fikirləri “Report”a Ankara Sosial Elmlər Universitetinin müəllimi, beynəlxalq əlaqələr üzrə ekspert Gökberk Durmaz Türkiyə Prezidentinin Azərbaycana son dövlət səfərini şərh edərkən bildirib.

Ekspert deyib ki, Azərbaycanla Türkiyə dövlət rəsmilərinin ziyarətlərinin qarşılıqlı olaraq hər dəfə daha təntənəli, səmimi mühitdə keçməsi iki qardaş xalqın bir-birinə olan doğmalıqlarının təzahürüdür.

O, Türkiyədə keçirilən son prezident seçkilərinə Azərbaycan dövləti və xalqı tərəfindən böyük mənəvi dəstək verilməsini xüsusilə vurğulayıb:

“Bu seçkilərin sadəcə Türkiyə üçün deyil, region ölkələri, hətta qlobal anlamda çox ölkə üçün böyük əhəmiyyət daşıdığı, yeni dünya düzənində əsas rol oynadığı əvvəlcədən proqnozlaşdırılırdı. Nəticə etibarı ilə bu seçkilər Azərbaycan gündəmində də ciddi yer almışdı. Bu baxımdan, Azərbaycan dövləti və xalqının ürəkdən dəstəyinin bu seçkiyə müsbət təsiri danılmazdır. Bunun səbəbi isə xüsusilə son 5 ildə Türkiyə ilə Azərbaycan və türk dövlətləri arasındakı əlaqələrin zirvə nöqtəyə çatmasındadır”.

Gökberk Durmazın fikrincə, R.T.Ərdoğanın yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlama mərasiminə dünyanın 78 ölkəsindən yüksək səviyyəli nümayəndələr qatılarkən Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentinə xüsusi yer verilməsi beynəlxalq aləmə bir ismarış idi: “Ərdoğanın ilk ziyarətini də Şimali Kipr Türk Respublikasından sonra Azərbaycana etməsi ənənəvi hal olsa da, hər dəfə daha təntənəli şəkildə, iki ölkənin “əkiz qardaş”, “bir almanın iki yarısı” statusuna qədər yüksəldiyini əlamətləndirir. Bu, ilk növbədə hər iki dövlətin eyni soydan olan xalqları tərəfindən arzulandığı üçün baş tutur”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ