Sizin reklam burada
Sizin reklam burada

Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyəti - VİDEO

Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyəti - VİDEO
Prezident İlham Əliyev hələ Türkiyədəki prezident seçkisindən əvvəl, aprelin 29-da İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışı zamanı qardaş ölkə liderini Azərbaycana dəvət etmişdi.

Ərdoğanın qalibiyyətinə sarsılmaz inamın bariz nümunəsi kimi Prezident İlham Əliyev seçkilərin birinci turundan sonra Ərdoğana zəng edərək onu yüksək səs faizi topladığına görə təbrik etdi. Seçkilərin ikinci turundan sonra da Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən məhz Azərbaycan Prezidenti oldu. Türkiyə lideri isə bu qardaşlığın, səmimiyyətin qarşılığında, inaqurasiya mərasimində Prezident İlham Əliyevlə birinci xanım Mehriban Əliyevaya xüsusi təşəkkür etdi. Türkiyə ilə ikitərəfli əlaqələrimizin yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləndən sonra ilk səfərini məhz Azərbaycana edir və bu səfər dövlət səfəridir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:


  • Sosial şəbəkədə paylaş