Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan: “Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir”

Ərdoğan: “Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir”
“Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

“Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər”, - deyən Türkiyə Prezidenti ürəyi onlarla döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz adından və milləti adından bir daha minnətdarlığını bildirib.

  • Sosial şəbəkədə paylaş