Sizin reklam burada
Sizin reklam burada

Ziyad Səmədzadə: “Azərbaycan Qarabağın bərpası üçün heç kimdən borc almır”

Ziyad Səmədzadə: “Azərbaycan Qarabağın bərpası üçün heç kimdən borc almır”
Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün heç kimdən borc almır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Bakıda keçirilən “İşğaldan Azad Edilmiş Ərazilərin Ölkə İqtisadiyyatına Reinteqrasiyası: Hədəflər və İstiqamətlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda bildirib.

O, ötən iki ildə Qarabağa 6,5 milyard manatdan çox vəsait xərcləndiyini və bu istiqamətdə maliyyələşdirmənin davam etdiyini söyləyib:

“Bu il əlavə olaraq 2 milyard manatdan çox vəsait ayrılacaq. Qarabağda qısa zamanda aparılan işlər göz önündədir və Azərbaycan iqtisadiyyatının nə qədər güclü olduğunu bir daha göstərir”.

  • Sosial şəbəkədə paylaş