Sizin reklam burada
Sizin reklam burada

Ərdoğandan xəbərdarlıq: “Türkiyə Egeydə fərqli yanaşma tətbiq edə bilər”

Ərdoğandan xəbərdarlıq: “Türkiyə Egeydə fərqli yanaşma tətbiq edə bilər”
“Sülh yolu ilə həllə maneçilik davam edərsə, Türkiyə Yunanıstan tərəfi ilə münaqişələrin davam etdiyi Egey dənizində fərqli davrana bilər”.

Bunu bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə ilk xarici səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

“Bizim yol xəritəmiz bəllidir. Bu, sülh ilə həll yoludur. Bu dənizlərdə sülhdən başqa yol yoxdur. Amma sülhə müdaxilə etmək istəyənlər olarsa, o zaman fərqli yanaşma tətbiq edə bilərik”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Ankara qarşısına maneələrin çıxmasını istəmir, əksinə Egey dənizinin dünyaya sülh mesajı verməsini istəyir.

  • Sosial şəbəkədə paylaş