Sizin reklam burada
Sizin reklam burada

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI

Ukrayna Rusiyanın itkilərini AÇIQLADI


Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 215 640 hərbçisi məhv edilib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 926 tank, 7 631 zirehli maşın, 3 300 operativ-taktiki PUA, 3 736 artilleriya sistemi, 362 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 299 helikopter, 6 461 avtomobil və tanker, 509 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərində nəzarəti ələ almaq cəhdlərinə davam edir. Ukrayna Zaporojye vilayətinin qərbində əks-hücum zamanı uğur qazanıb

  • Sosial şəbəkədə paylaş